İlon Mask: Hökumətdəki fırıldaqlar nəticəsində ABŞ ildə 700 milyard dollar itirir
4 Feb 2025 13:13
IslamTimes - ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask bildirib ki, hökumətdəki fırıldaqlar nəticəsində ölkə büdcəsi hər il təxminən 700 milyard dollar itirir.
APA xəbər verir ki, bu barədə Mask özünün X hesabında paylaşım edib.
"Federal hökumətdə fırıldaqçılıq nəticəsində itkilər bütün ödənişlərin həcminin demək olar ki, 10%-ni təşkil edir ki, bu da ildə təxminən 700 milyard dollara bərabərdir", - deyə paylaşımda bildirilir.
Bundan əlavə, Maskın hesablamalarına görə, ödənişlərin ən azı 15%-i təxminən 1 trilyon dollar Amerika rəsmiləri tərəfindən mənimsənilir.
Story Code: 1188536