0
Thursday 23 January 2025 - 16:31

Kiyevdə hərbi əməliyyatların bu il bitəcəyinə ümid edirlər

Story Code : 1186112
Kiyevdə hərbi əməliyyatların bu il bitəcəyinə ümid edirlər
Teleqraf.com xəbər verir ki, Ukraynanın iqtisadiyyat naziri Yuliya Sviridenko belə deyib.

O deyib: "Biz ümid edirik ki, müharibə bu il bitəcək".

Nazir qeyd edib ki, Kiyevdə Rusiya prezidenti Vladimir Putinlə danışıqların baş tutmasını mümkün hesab edirlər: "Bir tərəfdən, bu, mümkündür, amma hər şey bunun nə vaxt baş tutacağından asılıdır. Danışıqlar Ukraynanın kifayət qədər güclü olacağı zamanda baş tuta bilər, güclü olmaq üçün isə biz müdafiə sənayemizi inkişaf etdirməliyik".

Kiyev hökuməti ABŞ Prezidenti Donald Tramp administrasiyasının danışıqlar prosesində fəal iştirak edəcəyini gözləyir.
Comment