Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Trampın Ukraynaya təhlükəsizlik zəmanəti verəcəyi təqdirdə Rusiyanın dövlət başçısı Vladimir Putinlə danışıqların mümkünlüyünü istisna etməyib.
“Report” xəbər verir ki, o, bu barədə “Bloomberg” agentliyinə müsahibəsində bildirib.
"Əgər Prezident Donald Tramp Ukrayna üçün güclü təhlükəsizliyi təmin edə bilərsə, biz diplomatik yolla gedəcəyik. Başa düşürəm ki, Rusiyasız müharibəni diplomatik yolla bitirmək mümkün deyil", - V.Zelenski bildirib.
O, həmçinin qeyd edib ki, Ukraynada yerləşdirilən sülhməramlı qüvvələrin səmərəli olması üçün onların tərkibinə ABŞ qoşunları daxil edilməlidir.