0
Tuesday 21 January 2025 - 14:59

KİV: “Taliban” Trampın təhdidlərinə baxmayaraq, ABŞ silahlarını qaytarmaq niyyətində deyil

Story Code : 1185700
KİV: “Taliban” Trampın təhdidlərinə baxmayaraq, ABŞ silahlarını qaytarmaq niyyətində deyil
Report” “Bloomberg”ə istinadən xəbər verir ki, bunu vəziyyətlə tanış olan mənbə bildirib.

Məlumata görə, söhbət 2021-ci ildə "Taliban"ın qələbəsindən sonra ABŞ hərbçilərinin Əfqanıstanda qoyub getdiyi 7 milyard dollardan çox dəyəri olan hərbi texnika və silahlardan gedir.

"Silahların qaytarılmasını tələb etmək əvəzinə, ABŞ İŞİD və onun qolları ilə mübarizə üçün “Taliban”a daha müasir silahlar verməli idi", - anonim qalmaq istəyən mənbə bildirib.

Daha əvvəl Tramp “Taliban” silah və texnikanı ABŞ-yə qaytarmasa, Əfqanıstana istənilən maliyyə yardımını dayandırmaqla hədələyib.

 
Comment