KİV: “Taliban” Trampın təhdidlərinə baxmayaraq, ABŞ silahlarını qaytarmaq niyyətində deyil
21 Jan 2025 14:59
IslamTimes - Əfqanıstandakı “Taliban” hökuməti ABŞ Prezidenti Donald Trampın milyardlarla dollar dəyərində ABŞ silahlarının qaytarılması çağırışını rədd edir.
Report” “Bloomberg”ə istinadən xəbər verir ki, bunu vəziyyətlə tanış olan mənbə bildirib.
Məlumata görə, söhbət 2021-ci ildə "Taliban"ın qələbəsindən sonra ABŞ hərbçilərinin Əfqanıstanda qoyub getdiyi 7 milyard dollardan çox dəyəri olan hərbi texnika və silahlardan gedir.
"Silahların qaytarılmasını tələb etmək əvəzinə, ABŞ İŞİD və onun qolları ilə mübarizə üçün “Taliban”a daha müasir silahlar verməli idi", - anonim qalmaq istəyən mənbə bildirib.
Daha əvvəl Tramp “Taliban” silah və texnikanı ABŞ-yə qaytarmasa, Əfqanıstana istənilən maliyyə yardımını dayandırmaqla hədələyib.
Story Code: 1185700