0
Thursday 16 January 2025 - 22:30

Rusiya XİN Yaponiyanı hədələdi

Story Code : 1184803
Rusiya XİN Yaponiyanı hədələdi
Teleqraf.com xəbər verir ki, bu barədə XİN sözçüsü Mariya Zaxarova danışıb.

Onun sözlərinə görə, Yaponiya ilə Aİ arasında strateji tərəfdaşlıq haqqında saziş regionda gərginliyin səviyyəsini artırmasına səbəb olacaq.

"Biz gərginliyin səviyyəsinin artırılmasından, Asiya-Sakit okean regionunda silahlanma yarışının stimullaşdırılmasından danışırıq. Bu, müdafiə strategiyamızda nəzərə alınacaq və qaçılmaz olaraq adekvat cavab tədbirlərinin qəbuluna gətirib çıxaracaq", - Zaxarova bildirib.

O, əlavə edib ki, Moskva Tokionun Qərbi Avropa ölkələri və NATO üzvü olan ölkələrlə əlaqələrinin möhkəmlənməsini diqqətlə izləyir.

 
Comment