QR CodeQR Code

Rusiya XİN Yaponiyanı hədələdi

16 Jan 2025 22:30

IslamTimes - Rusiya Xarici İşlər Nazirliyi Yaponiyaya Avropa İttifaqı ilə strateji tərəfdaşlıq sazişinə görə xəbərdarlıq edib.


Teleqraf.com xəbər verir ki, bu barədə XİN sözçüsü Mariya Zaxarova danışıb.

Onun sözlərinə görə, Yaponiya ilə Aİ arasında strateji tərəfdaşlıq haqqında saziş regionda gərginliyin səviyyəsini artırmasına səbəb olacaq.

"Biz gərginliyin səviyyəsinin artırılmasından, Asiya-Sakit okean regionunda silahlanma yarışının stimullaşdırılmasından danışırıq. Bu, müdafiə strategiyamızda nəzərə alınacaq və qaçılmaz olaraq adekvat cavab tədbirlərinin qəbuluna gətirib çıxaracaq", - Zaxarova bildirib.

O, əlavə edib ki, Moskva Tokionun Qərbi Avropa ölkələri və NATO üzvü olan ölkələrlə əlaqələrinin möhkəmlənməsini diqqətlə izləyir.

 


Story Code: 1184803

News Link :
https://www.islamtimes.com/az/news/1184803/rusiya-xin-yaponiyanı-hədələdi

Islam Times
  https://www.islamtimes.com