0
Saturday 28 December 2024 - 17:09

"Zelenski pula görə danışıqlardan qaçır" - Hərbi ekspert açıqladı

Story Code : 1181041
"Zelenski pula görə danışıqlardan qaçır" - Hərbi ekspert açıqladı
Teleqraf.com xəbər verir ki, bunu "Duran" YouTube kanalına açıqlamasında britaniyalı hərbi analitik Aleksandr Merkuris bildirib.

Onun sözlərinə görə, Kiyev bütün danışıqlar prosesini məhv etmək üçün qəsdən mümkün olmayan tələblər irəli sürür.

"Mən qəti şəkildə inanıram ki, bu insanlar kompromisdənsə, tam məğlubiyyətə düçar olmağı üstün tutacaqlar, çünki onlar bu yolla pul axınını təmin edəcəklər", - deyə Merkuris vurğulayıb.

Bundan əvvəl hərbi ekspert bildirmişdi ki, Avropa liderlərinin Ukraynadakı münaqişənin həlli ilə bağlı sülhməramlı planlarının puç olduğunu etiraf etmələrinin vaxtı çatıb.

O, münaqişənin nəticələrini yumşaltmaq üçün ABŞ və Rusiya arasında hansısa növ danışıqların aparıla biləcəyini vurğulayıb.

Analitikin fikrincə, bu, avropalılar və ABŞ prezidenti Co Bayden administrasiyasından olan insanlar tərəfindən başladılan “Ukrayna layihəsi” üçün məğlubiyyət olacaq.
Comment