Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin mətbuat xidməti məlumat yayıb.
2011-ci ildən bəri Suriyada davam edən qarşıdurma zamanı Fəratın şərqindəki bəzi ərazilər Vaşinqtonun dəstəklədiyi PKK/YPG terror təşkilatının nəzarətinə keçib.
Kəşfiyyat iddia edir ki, ABŞ və Britaniya Suriyada vəziyyətin sabitləşməsinə mane olmaq və orada xaosu yaymaq istəyir, amma Rusiyanın Suriyadakı hərbi mövcudluğu buna mane olur: “Buna görə də ABŞ və Britaniyanın kəşfiyyat xidmətləri İŞİD-ə Suriyadakı Rusiya bazalarına pilotsuz təyyarələrlə hücumlar həyata keçirməyi tapşırıblar”.
Kəşfiyyat xidməti hesab edir ki, bu, həm də ABŞ-ın Fəratın şərqində Vaşinqtonun Dəməşqə qayıtmaq niyyətində olmadığı neft bölgələrində İŞİD-ə qarşı mübarizə bəhanəsi ilə işğalı davam etdirməsindən irəli gəlir.