Həsənov Şamil Məhərrəm oğlu inanclılara qarşı kütləvi həbslərin başlandığı ilkin dövrlərdə 22 iyun 2020-ci ildə həbs olunur. Ağır baş-beyin əməliyyatı keçirdikdən sonra dərman asılılığı olmasına baxmayaraq Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə idarəsi tərəfindən saxlanılan inanclı barəsində Cinayət Məcəlləsinin 228.1 (qanunsuz silah saxlama) maddəs ilə cinayət işi başlanılır.
Məhkəmə dövründə qaldırılan bütün vəsadətlər rədd edilir, saxta silah ittihamı yalançı şahidlər və müttəhimə təzyiqlər göstərilərək əsaslandırılır.
Məhkəmə Şamil Həsənovu 4 il 6 ay müddətinə azadlıqdan məhrum edir.
Bu gün inanclı heç bir günahı olmadan həyatının 4 il 6 ay müddətini həbsxana divarları arasında sürdürərək həbs dövrünü başa vuraraq azadlığa qovuşub.