Peskov böyük şəhərlərin terrorçu qruplaşmalar tərəfindən hücuma məruz qaldığı Suriyadakı vəziyyəti və Rusiyanın buna münasibətini şərh edib.
"Biz Bəşər Əsədi dəstəkləməyə davam edirik, lazımi səviyyədə əlaqələrimizi davam etdiririk", - deyə Kreml spikeri bildirib.
Onun sözlərinə görə, Rusiya hazırda Suriyadakı vəziyyəti təhlil edir.
"Vəziyyətin sabitləşməsi üçün nəyin zəruri olduğuna dair mövqe formalaşacaq", - deyə Peskov bildirib. /Oxu.az/