Peskov: "Rusiya Əsədi dəstəkləməyə davam edir"
2 Dec 2024 17:03
IslamTimes - Rusiya KİV-nin xəbərinə görə, bu sözləri prezidentin mətbuat katibi Dmitri Peskov deyib.
Peskov böyük şəhərlərin terrorçu qruplaşmalar tərəfindən hücuma məruz qaldığı Suriyadakı vəziyyəti və Rusiyanın buna münasibətini şərh edib.
"Biz Bəşər Əsədi dəstəkləməyə davam edirik, lazımi səviyyədə əlaqələrimizi davam etdiririk", - deyə Kreml spikeri bildirib.
Onun sözlərinə görə, Rusiya hazırda Suriyadakı vəziyyəti təhlil edir.
"Vəziyyətin sabitləşməsi üçün nəyin zəruri olduğuna dair mövqe formalaşacaq", - deyə Peskov bildirib. /Oxu.az/
Story Code: 1176190