0
Thursday 31 October 2024 - 09:08

Bayden Gürcüstanı təhdid edib

Story Code : 1169819
Bayden Gürcüstanı təhdid edib
SəhərAzəri-nin məlumatına əsasən, bu gün ABŞ prezidenti Co Bayden növbəti müdaxiləçi bəyanatında Gürcüstandakı son seçkilərin saxtalaşdırıldığını iddia edib və əhalini etirazlara təşviq edib.
  Bayden heç bir fakt göstərmədən Gürcüstanda son parlament seçkilərində inzibati resurslardan sui-istifadə, habelə seçicilərin qorxudulması və məcbur edilməsilə bağlı çoxsaylı halların qeyd olunduğunu" deyib.
  O xarici casusların fəaliyyətinə qarşı qəbul edilmiş qanundan son dərəcə narahat olduğunu bildirib. “Qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti üçün əsas azadlıqları məhdudlaşdıran Rusiya qanunlarını təkrar edən qanunvericiliyin qəbulundan çox narahatam", - Bayden izah edib.
  ABŞ prezidenti Gürcüstan dövlətini qərb casuslarına qarşı qəbul edilən qanunu ləğv etməyə çağırıb əks təqdirdə Gürcüstanda etirazları körükləyəcəyinə ehyam vurub.
  "Biz Gürcüstan hökumətini bütün seçki pozuntularını şəffaf şəkildə araşdırmağa, toplaşmaq və ifadə azadlığını məhdudlaşdıran "Xarici təsir haqqında qanun"nu ləğv etməyə və seçkilərin düzgünlüyünü bərpa etmək üçün Gürcüstandakı bütün siyasi qüvvələr ilə dərhal inklüziv dialoqa başlamağa çağırırıq. Biz bütün partiyaları Gürcüstanın Avroatlantika gələcəyinin əsası kimi qalmaya davam edən qanunun aliliyinə və əsas azadlıqlara ciddi riayət etməyə çağırırıq",-Bayden bildirib.
  Gürcüstandakı son parlament seçkilərində hakim Gürcü Arzusu Partiyası seçicilərdə 54 faiz səsilə qalib gəldiyini elan edib.
  Qərbin müdaxiləçi siyasətinə qarşı addımlar atan hakim partiyanın seçkiləri qazanmasından sonra Avropa İttifaqı da Gürcüstana qarşı sərt mövqelər nümayiş etdirir və əhalini etirazlara çağırır.
 
Source : SaharTV
Comment