0
Sunday 13 October 2024 - 23:36

“Hizbullah”dan İsrailə misli görünməmiş hücum - 70 yaralı var

Story Code : 1166288
“Hizbullah”dan İsrailə misli görünməmiş hücum - 70 yaralı var
Bu barədə “The Jerusalem Post” yazıb.

Nəşr bunu misli görünməmiş hücum adlandırır. İşğalçı İsrailə doğru üç PUA buraxılıb, onlardan biri İsrail ərazisinin dərininə nüfuz edərək Binyamina ərazisinə zərbə endirib. Bu zaman hava həyəcanı siqnalları aktivləşdirilməyib.

“Hizbullah”ın pilotsuz uçuş aparatı bazar günü axşam Binyamina ərazisinə zərbə endirib, təxminən 70 nəfəri yaralayıb. Onlardan dördü ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hərbçilər arasında dəqiq sayı bilinməsə də ölənlərin də olduğu bildirilir.

Dron “Hizbullah”ın raket atəşinin müşayiəti altında Livandan buraxılıb.
Comment