“Hizbullah”dan İsrailə misli görünməmiş hücum - 70 yaralı var
13 Oct 2024 23:36
IslamTimes - Livan dronlarının işğalçı İsrailin şimalındakı Binyamina şəhəri yaxınlığında İsrail bazasına hücumu nəticəsində onlarla sionist hərbçi yaralanıb, bəziləri kritik vəziyyətdədir.
Bu barədə “The Jerusalem Post” yazıb.
Nəşr bunu misli görünməmiş hücum adlandırır. İşğalçı İsrailə doğru üç PUA buraxılıb, onlardan biri İsrail ərazisinin dərininə nüfuz edərək Binyamina ərazisinə zərbə endirib. Bu zaman hava həyəcanı siqnalları aktivləşdirilməyib.
“Hizbullah”ın pilotsuz uçuş aparatı bazar günü axşam Binyamina ərazisinə zərbə endirib, təxminən 70 nəfəri yaralayıb. Onlardan dördü ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hərbçilər arasında dəqiq sayı bilinməsə də ölənlərin də olduğu bildirilir.
Dron “Hizbullah”ın raket atəşinin müşayiəti altında Livandan buraxılıb.
Story Code: 1166288