Makron işğalçı İsrailin Livanda BMT sülhməramlılarına hücumunu pisləyib
Story Code : 1165983
Oxu.Az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Qeyd olunur ki, İsrail ordusunun Naqura şəhərindəki mövqelərini yenidən atəşə tutması nəticəsində iki sülhməramlı yaralanıb.
"UNIFIL qüvvələrinin İsrail qüvvələri tərəfindən qəsdən hədəfə alınması qəbuledilməzdir. Biz bunu qınayırıq, bunu qəbul etmirik və bunun bir daha təkrarlanmasına dözməyəcəyik", - o, Kiprdə Aralıq dənizi Avropa İttifaqına üzv dövlətlərin (MED9) iclasında deyib.
Prezident xatırladıb ki, UNIFIL sıralarında 700 fransız əsgəri xidmət edir. Səhər saatlarında Fransa Xarici İşlər Nazirliyi Livandakı BMT sülhməramlılarının mövqelərinə yeni hücumlardan sonra işğalçı İsrail səfirini izahat üçün çağırdığını açıqlamışdı.
Oktyabrın 10-da BMT-nin Livandakı Müvəqqəti Qüvvələri qaniçən İsrail ordusunun onun əsas qərargahını və qalalarını atəşə tutduğunu bildirib.