QR CodeQR Code

Makron işğalçı İsrailin Livanda BMT sülhməramlılarına hücumunu pisləyib

12 Oct 2024 11:57

IslamTimes - Fransa Prezidenti Emmanuel Makron İsrailin Birləşmiş Millətlər Təşkilatının (BMT) Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) mövqelərinə hücumunu tamamilə qəbuledilməz adlandırıb və əlavə edib ki, Fransa sülhməramlı qüvvələrə qarşı növbəti hücumları qəbul etməyəcək.


Oxu.Az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Qeyd olunur ki, İsrail ordusunun Naqura şəhərindəki mövqelərini yenidən atəşə tutması nəticəsində iki sülhməramlı yaralanıb.

"UNIFIL qüvvələrinin İsrail qüvvələri tərəfindən qəsdən hədəfə alınması qəbuledilməzdir. Biz bunu qınayırıq, bunu qəbul etmirik və bunun bir daha təkrarlanmasına dözməyəcəyik", - o, Kiprdə Aralıq dənizi Avropa İttifaqına üzv dövlətlərin (MED9) iclasında deyib.

Prezident xatırladıb ki, UNIFIL sıralarında 700 fransız əsgəri xidmət edir. Səhər saatlarında Fransa Xarici İşlər Nazirliyi Livandakı BMT sülhməramlılarının mövqelərinə yeni hücumlardan sonra işğalçı İsrail səfirini izahat üçün çağırdığını açıqlamışdı.

Oktyabrın 10-da BMT-nin Livandakı Müvəqqəti Qüvvələri qaniçən İsrail ordusunun onun əsas qərargahını və qalalarını atəşə tutduğunu bildirib.

 


Story Code: 1165983

News Link :
https://www.islamtimes.com/az/news/1165983/makron-işğalçı-israilin-livanda-bmt-sülhməramlılarına-hücumunu-pisləyib

Islam Times
  https://www.islamtimes.com