Orban Macarıstandakı daşqın təhlükəsi səbəbindən beynəlxalq öhdəlikləri təxirə salıb
Story Code : 1160346
O, bu barədə məlumat verib.
“Macarıstanda ekstremal hava şəraiti və davam edən daşqınlara görə mən bütün beynəlxalq öhdəliklərimi təxirə saldım”, – siyasətçi özünün X (keçmiş Twitter) səhifəsində yazıb.
Qeyd edək ki, Orban ölkənin Avropa İttifaqına (Aİ) sədrliyi proqramını sentyabrın 18-də Avropa Parlamentinə təqdim etməli idi.