İran ABŞ, Ingiltərə və sionist rejimin Yəmənə hərbi təcavüzünü pisləyib
Story Code : 1183864
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi bəyanatında Yəməndə məzlum Fələstin xalqı ilə həmrəylik və Qəzzədə soyqırımı pisləyən kütləvi nümayişlərlə üst-üstə düşən Yəmənin infrastruktur və mülki obyektlərinə təcavüzkar zərbələri pisləyib. O, bu hücumları ABŞ və İngiltərənin fələstinlilərə qarşı törədilən cinayətlərdə iştirakının bariz sübutu kimi qiymətləndirib və beynəlxalq təşkilatların İsrail rejiminin törətdiyi soyqırımla bağlı fəaliyyətsizliyini və bu rejim və onun havadarlarının müharibəni genişləndirməsini kəskin şəkildə pisləyib.
Bəqayi işğal olunmuş Fələstin ərazilərində davam edən soyqırımı və beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasını dayandırmaq üçün bütün hökumətlərin, beynəlxalq və İslami qurumların mənəvi və hüquqi məsuliyyətini, eləcə də BMT Təhlükəsizlik Şurasının Yəmənə qarşı təcavüz aktlarının qarşısını almaq öhdəliyini bir daha xatırladıb və vurğulayıb ki, ABŞ, Britaniya və işğalçı İsrail rejiminin Yəməndə hərbi təcavüzlərini gücləndirmələri ictimaiyyətin diqqətini Qəzzədə törədilən vəhşiliklərin ağırlığı və miqyasından yayındıra bilməz.