Orban Macarıstandakı daşqın təhlükəsi səbəbindən beynəlxalq öhdəlikləri təxirə salıb
16 Sep 2024 11:07
IslamTimes - Macarıstanın baş naziri Viktor Orban ölkədə daşqın təhlükəsi ilə əlaqədar bütün beynəlxalq öhdəlikləri təxirə salıb.
O, bu barədə məlumat verib.
“Macarıstanda ekstremal hava şəraiti və davam edən daşqınlara görə mən bütün beynəlxalq öhdəliklərimi təxirə saldım”, – siyasətçi özünün X (keçmiş Twitter) səhifəsində yazıb.
Qeyd edək ki, Orban ölkənin Avropa İttifaqına (Aİ) sədrliyi proqramını sentyabrın 18-də Avropa Parlamentinə təqdim etməli idi.
Story Code: 1160346