Kreml: Putin və Tramp arasında danışıqlara predmetli hazırlıq getmir
Story Code : 1184138
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Predmetli hazırlıq aparılmasa da, bəyan edilmiş anlayış və siyasi iradə var, çünki belə təmaslar çox zəruri və məqsədəuyğun olardı. Biz Vaşinqtondakı administrasiyanın necə dəyişməsinə baxacağıq”,- deyə Kremlin sözçüsü vurğulayıb.
Peskov əlavə edib ki, bir çox ölkələr hipotetik olaraq danışıqlar platformasına çevrilməyə hazır olduqlarını bildiriblər, lakin bu barədə danışmaq hələ tezdir.