0
Saturday 14 September 2024 - 16:50

Çin yeni nəsil aviasiya qırıcının sınaqlarına başlayıb

Story Code : 1159992
Çin yeni nəsil aviasiya qırıcının sınaqlarına başlayıb
Trend xəbər verir ki, bu barədə “South China Morning Post” qəzeti məlumat yayıb.

Çin J-31 və ya J-35 adlanacaq aviasiya qırıcısı üzərində işləyir. Onun 2012-ci ildə ilk uçuşunu həyata keçirən iki mühərrikli beşinci nəsil ağır FC-35 qırıcısının modifikasiyasından biri olduğu güman edilir.

Aprel ayında ÇXR Müdafiə Nazirliyi sosial şəbəkələrdə “Lyaonin” təyyarədaşıyan gəmisinin göyərtəsində ən yeni qırıcı təyyarəni əks etdirən fotoşəkillər paylaşıb. Çin ordusunun əsas aviasiya qırıcısı J-15 sayılır ki, o da öz növbəsində Ukraynadan alınan Su-33 təyyarəsinin prototipi əsasında hazırlanıb.

Hazırda ÇXR Hərbi Dəniz Qüvvələrinin iki təyyarədaşıyan gəmisi var. Onlardan biri - “Lyaonin” sovet istehsalı olan “Varyaq” kreyserinin bazasında, digəri - “Şandun” isə “Lyaonin” bazasında layihələndirilib.

Çinin üçüncü təyyarədaşıyan gəmisi - “Futsızyan” 2022-ci ilin iyununda suya buraxılsa da, onun Hərbi Dəniz Qüvvələrinə təhvil veriləcəyi 2025-ci ildə gözlənilir.

“South China Morning Post” qəzetinin məlumatına görə, Çin eyni zamanda nüvə enerjisi ilə çalışacaq dördüncü təyyarədaşıyan gəmisini də inşa edir.

 
Comment