QR CodeQR Code

Çin yeni nəsil aviasiya qırıcının sınaqlarına başlayıb

14 Sep 2024 16:50

IslamTimes - Çin Ordusu yeni nəsil aviasiya qırıcının sınaqlarına başlayıb, lakin təyyarənin əks olunduğu kadrlar göstərilməyib.


Trend xəbər verir ki, bu barədə “South China Morning Post” qəzeti məlumat yayıb.

Çin J-31 və ya J-35 adlanacaq aviasiya qırıcısı üzərində işləyir. Onun 2012-ci ildə ilk uçuşunu həyata keçirən iki mühərrikli beşinci nəsil ağır FC-35 qırıcısının modifikasiyasından biri olduğu güman edilir.

Aprel ayında ÇXR Müdafiə Nazirliyi sosial şəbəkələrdə “Lyaonin” təyyarədaşıyan gəmisinin göyərtəsində ən yeni qırıcı təyyarəni əks etdirən fotoşəkillər paylaşıb. Çin ordusunun əsas aviasiya qırıcısı J-15 sayılır ki, o da öz növbəsində Ukraynadan alınan Su-33 təyyarəsinin prototipi əsasında hazırlanıb.

Hazırda ÇXR Hərbi Dəniz Qüvvələrinin iki təyyarədaşıyan gəmisi var. Onlardan biri - “Lyaonin” sovet istehsalı olan “Varyaq” kreyserinin bazasında, digəri - “Şandun” isə “Lyaonin” bazasında layihələndirilib.

Çinin üçüncü təyyarədaşıyan gəmisi - “Futsızyan” 2022-ci ilin iyununda suya buraxılsa da, onun Hərbi Dəniz Qüvvələrinə təhvil veriləcəyi 2025-ci ildə gözlənilir.

“South China Morning Post” qəzetinin məlumatına görə, Çin eyni zamanda nüvə enerjisi ilə çalışacaq dördüncü təyyarədaşıyan gəmisini də inşa edir.

 


Story Code: 1159992

News Link :
https://www.islamtimes.com/az/news/1159992/çin-yeni-nəsil-aviasiya-qırıcının-sınaqlarına-başlayıb

Islam Times
  https://www.islamtimes.com