0
Wednesday 11 September 2024 - 14:35

ABŞ-ın İraqdakı səfirliyinə məxsus obyektdə partlayış baş verib

Story Code : 1159366
ABŞ-ın İraqdakı səfirliyinə məxsus obyektdə partlayış baş verib
“Report”un xəbərinə görə, bu barədə “Shafaq News” portalı məlumat yayıb.

Yerli güc strukturlarındakı mənbə bildirib ki, hadisənin baş verdiyi obyekt Bağdadın beynəlxalq hava limanının yaxınlığında yerləşir. Digər partlayış hava limanının yaxınlığında yerləşən Terrorla Mübarizə İdarəsinin qərargahından birinin yaxınlığında olub.

Hələlik partlayışların səbəbləri barədə məlumat verilmir. Zərərçəkənlərin olub-olmadığı bildirilmir.
Comment