0
Thursday 5 September 2024 - 23:33

Türkiyənin xarici işlər naziri: Netanyahu Qəzzadakı soyqırımın əsas məsuludur 

Story Code : 1158266
Türkiyənin xarici işlər naziri: Netanyahu Qəzzadakı soyqırımın əsas məsuludur 
Türkiyənin xarici işlər naziri Hakan Fidan Netanyahunu siyasi hakimiyyəti saxlamaq üçün Qəzzada zorakılıqları davam etdirməkdə ittiham edib.

Hakan Fidan Şimali Makedoniyanın xarici işlər naziri Timko Muçonski ilə görüşdən sonra Skopyedə keçirdiyi mətbuat konfransında “Netanyahu hakimiyyətdə qalmaq üçün qətl və terrordan istifadəyə davam edir” deyib.

Hakan Fidan, sionist rejimin davam edən hərbi cinayətlərini pisləyib və İordan çayının qərb sahilində fələstinlilərə qarşı hücumların artmasını, eləcə də Məscidül-Əqsadakı təxribatların böhranın genişlənməsinə səbəb olduğunu bildirib.

Türkiyənin xarici işlər naziri onu da bildirib ki, Netanyahu yeni şərtlər irəli sürməklə və danışıqlara mane olmaqla atəşkəs səylərinə zərbə vurur.

O, beynəlxalq ictimaiyyətdən Netanyahuya qarşı tədbir görülməsini istəyib və deyib: “Soyırıma şahid olub susmaq bu cinayətə ortaq olmağa bərabərdir”.

 
Comment