QR CodeQR Code

Türkiyənin xarici işlər naziri: Netanyahu Qəzzadakı soyqırımın əsas məsuludur 

إسلام تايمز , 5 Sep 2024 23:33

IslamTimes - Türkiyənin xarici işlər naziri Benyamin Netanyahunu sərt tənqid edib və onu “Qəzzada soyqırımın əsas icraçısı” adlandırıb.


Türkiyənin xarici işlər naziri Hakan Fidan Netanyahunu siyasi hakimiyyəti saxlamaq üçün Qəzzada zorakılıqları davam etdirməkdə ittiham edib.

Hakan Fidan Şimali Makedoniyanın xarici işlər naziri Timko Muçonski ilə görüşdən sonra Skopyedə keçirdiyi mətbuat konfransında “Netanyahu hakimiyyətdə qalmaq üçün qətl və terrordan istifadəyə davam edir” deyib.

Hakan Fidan, sionist rejimin davam edən hərbi cinayətlərini pisləyib və İordan çayının qərb sahilində fələstinlilərə qarşı hücumların artmasını, eləcə də Məscidül-Əqsadakı təxribatların böhranın genişlənməsinə səbəb olduğunu bildirib.

Türkiyənin xarici işlər naziri onu da bildirib ki, Netanyahu yeni şərtlər irəli sürməklə və danışıqlara mane olmaqla atəşkəs səylərinə zərbə vurur.

O, beynəlxalq ictimaiyyətdən Netanyahuya qarşı tədbir görülməsini istəyib və deyib: “Soyırıma şahid olub susmaq bu cinayətə ortaq olmağa bərabərdir”.

 


Story Code: 1158266

News Link :
https://www.islamtimes.com/az/news/1158266/türkiyənin-xarici-işlər-naziri-netanyahu-qəzzadakı-soyqırımın-əsas-məsuludur

Islam Times
  https://www.islamtimes.com