0
Wednesday 4 September 2024 - 10:01

Macarıstan Rusiya aktivlərindən istifadəni Aİ-nin müzakirəsindən çıxarıb

Story Code : 1157935
Macarıstan Rusiya aktivlərindən istifadəni Aİ-nin müzakirəsindən çıxarıb
“Report” xəbər verir ki, iclasın gündəliyindən bununla bağlı bənd çıxarılıb.

“İqtisadi və maliyyə məsələləri - Rusiyanın immobilizasiya edilmiş aktivlərindən əldə edilən təcili gəlirlərin kreditlərə xidmət və ödənilməsi üçün istifadə edilməsi. Avropa Komissiyasının təqdimatı, fikir mübadiləsi”, - sənəddə deyilir.

Aİ ölkələrinin nümayəndələrinin görüşü çərşənbə günü, sentyabrın 4-də baş tutacaq. Tədbirdə tərəflər Körfəz Şurasının oktyabrda keçiriləcək sammitini, ittifaqın rəqabətqabiliyyətlilik hesabatını və uşaqların cinsi istismarı ilə mübarizəni müzakirə edəcəklər.
Comment