QR CodeQR Code

Macarıstan Rusiya aktivlərindən istifadəni Aİ-nin müzakirəsindən çıxarıb

4 Sep 2024 10:01

IslamTimes - Macarıstan Avropa İttifaqı ölkələrinin daimi nümayəndələrinin iclasında Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin Ukraynaya kömək məqsədilə istifadə edilməsi məsələsinə baxılmasını ləğv edib.


“Report” xəbər verir ki, iclasın gündəliyindən bununla bağlı bənd çıxarılıb.

“İqtisadi və maliyyə məsələləri - Rusiyanın immobilizasiya edilmiş aktivlərindən əldə edilən təcili gəlirlərin kreditlərə xidmət və ödənilməsi üçün istifadə edilməsi. Avropa Komissiyasının təqdimatı, fikir mübadiləsi”, - sənəddə deyilir.

Aİ ölkələrinin nümayəndələrinin görüşü çərşənbə günü, sentyabrın 4-də baş tutacaq. Tədbirdə tərəflər Körfəz Şurasının oktyabrda keçiriləcək sammitini, ittifaqın rəqabətqabiliyyətlilik hesabatını və uşaqların cinsi istismarı ilə mübarizəni müzakirə edəcəklər.


Story Code: 1157935

News Link :
https://www.islamtimes.com/az/news/1157935/macarıstan-rusiya-aktivlərindən-istifadəni-ai-nin-müzakirəsindən-çıxarıb

Islam Times
  https://www.islamtimes.com