0
Wednesday 4 September 2024 - 08:36

İsrail Prezidenti: Əsgərlərimizi ard-arda dəfn edirik

Story Code : 1157926
İsrail Prezidenti: Əsgərlərimizi ard-arda dəfn edirik
Sionist rejimin prezidenti əlavə edib: "Biz Fələstin əsirliyində olanların taleyindən narahatıq və onların məsuliyyəti İsrail dövləti və onlar haqda qərar verənlərin üzərinə düşür..."

Herzoq deyib: "Biz İsrail tarixində ən böyük uğursuzluq, ən böyük təhlükəsizlik uğursuzluğunu yaşadıq".

Sionist rejim kabinetindəki müxalifət partiyalarının lideri Yair Lapid də bu rejimin baş naziri Benyamin Netanyahunun müharibəni davam etdirmək səylərini sərt şəkildə tənqid edib.

O, deyib: “Netanyahunun Rəfah keçidinə, daha sonra Netsarimə, indi isə Filadelfiyaya girərək müharibəni əbədi davam etdirmək üçün həmişə bir bəhanəsi var”.

O, əlavə edib: "Netanyahu üçün vacib olan yeganə şey onun kabinetinin dağılmamasıdır."

Qeyd edək ki, Fələstinin İslami Müqavimət Hərəkatı "Həmas" çərşənbə axşamı bildirib ki, sionist rejim dinc insanları qətliam etməkdən başqa Qəzzada heç bir məqsədinə nail olmayıb!
Comment