QR CodeQR Code

İsrail Prezidenti: Əsgərlərimizi ard-arda dəfn edirik

إسلام تايمز , 4 Sep 2024 08:36

IslamTimes - Sionist rejimin prezidenti İsaak Hersoq çərşənbə axşamı deyib ki, işğalçı İsrail rejimi bir neçə cəbhədə döyüşür və hər həftə ard-arda öz əsgərlərini torpağa tapşırır.


Sionist rejimin prezidenti əlavə edib: "Biz Fələstin əsirliyində olanların taleyindən narahatıq və onların məsuliyyəti İsrail dövləti və onlar haqda qərar verənlərin üzərinə düşür..."

Herzoq deyib: "Biz İsrail tarixində ən böyük uğursuzluq, ən böyük təhlükəsizlik uğursuzluğunu yaşadıq".

Sionist rejim kabinetindəki müxalifət partiyalarının lideri Yair Lapid də bu rejimin baş naziri Benyamin Netanyahunun müharibəni davam etdirmək səylərini sərt şəkildə tənqid edib.

O, deyib: “Netanyahunun Rəfah keçidinə, daha sonra Netsarimə, indi isə Filadelfiyaya girərək müharibəni əbədi davam etdirmək üçün həmişə bir bəhanəsi var”.

O, əlavə edib: "Netanyahu üçün vacib olan yeganə şey onun kabinetinin dağılmamasıdır."

Qeyd edək ki, Fələstinin İslami Müqavimət Hərəkatı "Həmas" çərşənbə axşamı bildirib ki, sionist rejim dinc insanları qətliam etməkdən başqa Qəzzada heç bir məqsədinə nail olmayıb!


Story Code: 1157926

News Link :
https://www.islamtimes.com/az/news/1157926/israil-prezidenti-əsgərlərimizi-ard-arda-dəfn-edirik

Islam Times
  https://www.islamtimes.com