0
Tuesday 3 September 2024 - 15:36

İsraili qoruyan hərbi gəmi Türkiyə limanında lövbər saldı

Story Code : 1157832
İsraili qoruyan hərbi gəmi Türkiyə limanında lövbər saldı
Bu məlumata əsasən, ABŞ İsrail rejimini İranın cavab zərbəsindən qorumaq üçün öz donanmasından Şərqi Aralıq dənizinə mühüm gəmilər göndərib. Bunlardan biri USS Wasp hücum gəmisidir.
ABŞ-ın İsraili qorumaq üçün Şərqi Aralıq dənizinə göndərdiyi həmin hücum gəmisi İzmir limanında lövbər salıb! USS Wasp bu yaxınlarda Türkiyənin TCG Anadolu esminesi ilə birgə təlimdə iştirak edib.
Türkiyənin Milli Müdafiə Nazirliyi ABŞ gəmiləri ilə fəaliyyətini təsdiqləyərək, bunun rutin və məhdud təlim olduğunu açıqlayıb.
Xatırladaq ki, USS Wasp, İran və ya Hizbullahın İsrailə qarşı mümkün hücumlarına qarşı Amerika administrasiyası tərəfindən bölgəyə göndərilən iki hücum gəmisindən biridir.
 
Source : SaharTV
Comment