QR CodeQR Code

İsraili qoruyan hərbi gəmi Türkiyə limanında lövbər saldı

SaharTV , 3 Sep 2024 15:36

İslamtimes - İsraili qorumaqda məsul olan ABŞ gəmisi Türkiyə limanında lövbər salıb.


Bu məlumata əsasən, ABŞ İsrail rejimini İranın cavab zərbəsindən qorumaq üçün öz donanmasından Şərqi Aralıq dənizinə mühüm gəmilər göndərib. Bunlardan biri USS Wasp hücum gəmisidir.
ABŞ-ın İsraili qorumaq üçün Şərqi Aralıq dənizinə göndərdiyi həmin hücum gəmisi İzmir limanında lövbər salıb! USS Wasp bu yaxınlarda Türkiyənin TCG Anadolu esminesi ilə birgə təlimdə iştirak edib.
Türkiyənin Milli Müdafiə Nazirliyi ABŞ gəmiləri ilə fəaliyyətini təsdiqləyərək, bunun rutin və məhdud təlim olduğunu açıqlayıb.
Xatırladaq ki, USS Wasp, İran və ya Hizbullahın İsrailə qarşı mümkün hücumlarına qarşı Amerika administrasiyası tərəfindən bölgəyə göndərilən iki hücum gəmisindən biridir.
 


Story Code: 1157832

News Link :
https://www.islamtimes.com/az/news/1157832/israili-qoruyan-hərbi-gəmi-türkiyə-limanında-lövbər-saldı

Islam Times
  https://www.islamtimes.com