0
Monday 2 September 2024 - 16:56

Yəmən ordusu təşəbbüskarlığı əlində saxlayır

Story Code : 1157652
Yəmən ordusu təşəbbüskarlığı əlində saxlayır
SəhərAzəri-nin məlumatına əsasən, Qərb mediası və beyin mərkəzləri ABŞ-ın Yəmən ordusuna qarşı sionist rejimə dəstək qalxanının uğursuzluğunu etiraf edib.
  “Wall Street Journal” qəzetinin yazdığına görə, ABŞ prezidenti Co Baydenin xarici siyasətindəki aşkar uğursuzluqlarından biri bu günlərdə Qırmızı dənizdə alovlanan “Sounion” gəmisinin hədəfə alınması ilə sübut olundu.  
  Amerikanın “Quinsi” Analitik Mərkəzi bildirir ki, Vaşinqtonun Qırmızı dənizdə yanaşması “strateji səhv”dir və onun heç bir nəticəsi yoxdur. Əgər bu strategiya davam edərsə, amerikalı əsgərlərin həyatına təhdid artacaq, regionda qeyri-sabitliyi gücləndirəcək.
  Bu beyin mərkəzinin nöqteyi-nəzərindən bu strategiyanın aydın siyasi məqsədi yoxdur.
  2023-cü ilin noyabrından bəri Yəmən müqaviməti Qırmızı dənizdə sionist rejimə bağlı gəmilərə qarşı 200-ə yaxın pilotsuz təyyarə və raket hücumu həyata keçirib və iki gəmini batırıb.
  “Teleqraf” qəzeti isə Yəmən ordusunun əməliyyatlarına qarşı mübarizə aparan Amerika koalisiyasının uğurlu olmadığını bildirib.
  Yəmən ordusu ötən aylarda Qəzzə zolağında Fələstin xalqının müqavimətinə dəstək olaraq, Qırmızı dəniz və Bab əl-Məndəb boğazında işğal olunmuş ərazilərə gedən bir gəmini hədəfə alıb. Yəmən ordusunun qüvvələri sionist rejim Qəzzəyə hücumlarını dayandırmayana qədər bu rejimin gəmilərinə və ya işğal olunmuş ərazilərə gedən gəmilərə hücumlarını davam etdirəcəklərinə söz veriblər.
  Yəmən ordusu bu çərçivədə uğurlu əməliyyatlar həyata keçirib və işğal olunmuş torpaqların cənub limanlarına iqtisadi ziyan vurub, lakin digər tərəfdən təcavüzkar Amerika-İngiltərə koalisiyası açıq şəkildə sionist rejimin xalqa qarşı cinayətlərini dəstəkləyir.
  Amerika və İngiltərə dəfələrlə Yəmənə hücum edərək bu ölkəni Qəzzəyə dəstək verməkdən çəkindirməyə çalışıblar, lakin bu hücumlar Yəmən xalqının qətiyyətinə təsir etməyib və Ənsarullahın sionist hədəflərə hücumları davam edir.
 
Source : Shartv
Comment