0
Wednesday 28 August 2024 - 08:39

Zelenski Çinin Ukrayna münaqişəsini həll etmək səylərini tənqid edib

Story Code : 1156610
Zelenski Çinin Ukrayna münaqişəsini həll etmək səylərini tənqid edib
APA xəbər verir ki, ukraynalı lider məsələ ilə bağlı “O Globo” telekanalına müsahibəsində danışıb.

Zelenski deyib ki, Çinin təklifləri plan deyil, sadəcə siyasi bəyanatdır.

“Hindistanın baş naziri Modi iki gün əvvəl burada idi və məndən soruşdu ki, Çinin planı haqqında nə düşünürsünüz? Mən ona dedim ki, bu plan deyil. Bu, sadəcə olaraq, müharibəni unutmadıqlarını göstərmək üçün siyasi bəyanatdır.

 
Comment