0
Tuesday 13 August 2024 - 09:34

BMT işğalçı İsrailin 500-ə yaxın məktəbi atəşə tutulduğunu açıqlayıb

Story Code : 1153686
BMT işğalçı İsrailin 500-ə yaxın məktəbi atəşə tutulduğunu açıqlayıb
Qəzza zolağındakı 564 məktəbdən ən azı 477-si işğalçı İsrailin hücumları nəticəsində dağıdılıb.

APA xəbər verir ki, bu barədə BMT-nin Fələstin Ərazilərindəki Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (OCHA) məlumat yayıb.

Ofisin sözlərinə görə, 344 belə təhsil müəssisəsi birbaşa zərbəyə məruz qalıb, 133-ü isə onların yaxınlığındakı məntəqələrə hücumlar nəticəsində məhv edilib. Bunlara 264 dövlət məktəbi, 57 özəl məktəb və 156 BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin Yaxın Şərqdəki məktəbləri daxildir.

Hesabatda bildirildiyinə görə Qəzza zolağının mülki müdafiə orqanları 2023-cü ilin oktyabr ayından etibarən müvəqqəti qaçqınların məskunlaşdığı 180 məktəbin də hədəf alındığını açıqlayıb.

 
Comment