QR CodeQR Code

BMT işğalçı İsrailin 500-ə yaxın məktəbi atəşə tutulduğunu açıqlayıb

13 Aug 2024 09:34

IslamTimes - BMT Qəzza zolağında 500-ə yaxın məktəbin işğalçı İsrail rejimi tərəfindən atəşə tutulduğunu açıqlayıb


Qəzza zolağındakı 564 məktəbdən ən azı 477-si işğalçı İsrailin hücumları nəticəsində dağıdılıb.

APA xəbər verir ki, bu barədə BMT-nin Fələstin Ərazilərindəki Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (OCHA) məlumat yayıb.

Ofisin sözlərinə görə, 344 belə təhsil müəssisəsi birbaşa zərbəyə məruz qalıb, 133-ü isə onların yaxınlığındakı məntəqələrə hücumlar nəticəsində məhv edilib. Bunlara 264 dövlət məktəbi, 57 özəl məktəb və 156 BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin Yaxın Şərqdəki məktəbləri daxildir.

Hesabatda bildirildiyinə görə Qəzza zolağının mülki müdafiə orqanları 2023-cü ilin oktyabr ayından etibarən müvəqqəti qaçqınların məskunlaşdığı 180 məktəbin də hədəf alındığını açıqlayıb.

 


Story Code: 1153686

News Link :
https://www.islamtimes.com/az/news/1153686/bmt-işğalçı-israilin-500-ə-yaxın-məktəbi-atəşə-tutulduğunu-açıqlayıb

Islam Times
  https://www.islamtimes.com