0
Tuesday 13 August 2024 - 09:05

ABŞ üçün daxili təhdidlər xaricdən gələnlərə nisbətən daha təhlükəlidir

Story Code : 1153684
ABŞ üçün daxili təhdidlər xaricdən gələnlərə nisbətən daha təhlükəlidir
“ABŞ üçün daxili təhdidlər xaricdən, xüsusən də Çindən və ya Rusiyadan gələnlərə nisbətən daha təhlükəlidir”.

“Report” xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp “X” sosial şəbəkəsinin sahibi İlon Maska verdiyi müsahibədə deyib.

“Bir çox hallarda ölkə daxilindəki insanlar dövlətimiz üçün rusiyalılardan, çinlilərdən daha təhlükəlidir. Əgər vəzifədə ağıllı prezident varsa, o zaman onlarla (Çin və Rusiya - Qeyd) heç bir problem olmayacaq”.

Tramp Ukrayna ilə Rusiya arasındakı müharibəyə də toxunub: “Ukrayna ilə bağlı özümü pis hiss edirəm. Düşünürəm ki, 2020-ci il prezident seçkilərində qalib gəlsəydim, Ukraynadakı münaqişədən qaçmaq mümkün olardı”.

 
Comment