QR CodeQR Code

ABŞ üçün daxili təhdidlər xaricdən gələnlərə nisbətən daha təhlükəlidir

13 Aug 2024 09:05

IslamTimes - ABŞ üçün daxili təhdidlər xaricdən gələnlərə nisbətən daha təhlükəlidir - Donald Tramp


“ABŞ üçün daxili təhdidlər xaricdən, xüsusən də Çindən və ya Rusiyadan gələnlərə nisbətən daha təhlükəlidir”.

“Report” xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp “X” sosial şəbəkəsinin sahibi İlon Maska verdiyi müsahibədə deyib.

“Bir çox hallarda ölkə daxilindəki insanlar dövlətimiz üçün rusiyalılardan, çinlilərdən daha təhlükəlidir. Əgər vəzifədə ağıllı prezident varsa, o zaman onlarla (Çin və Rusiya - Qeyd) heç bir problem olmayacaq”.

Tramp Ukrayna ilə Rusiya arasındakı müharibəyə də toxunub: “Ukrayna ilə bağlı özümü pis hiss edirəm. Düşünürəm ki, 2020-ci il prezident seçkilərində qalib gəlsəydim, Ukraynadakı münaqişədən qaçmaq mümkün olardı”.

 


Story Code: 1153684

News Link :
https://www.islamtimes.com/az/news/1153684/abş-üçün-daxili-təhdidlər-xaricdən-gələnlərə-nisbətən-daha-təhlükəlidir

Islam Times
  https://www.islamtimes.com