Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp "X" sosial şəbəkəsində yazıb.
"İndi mənim prezident olduğum vaxtdan daha yaxşısınız?" – Tramp amerikalılardan soruşub.
Ağ Evin keçmiş rəhbərinin sözlərinə görə, ölkə iqtisadiyyatı “məhv edilib” və onun sərhədləri “silinib”.
Bundan əvvəl Tramp Floridada tərəfdarları qarşısında çıxışı zamanı ABŞ-ın hazırkı prezidenti Co Bayden ucbatından ABŞ-ın dəhşətli günlər keçirdiyini bildirib.