QR CodeQR Code

Tramp: "ABŞ tənəzzüldədir"

13 Aug 2024 02:03

IslamTimes - ABŞ iqtisadiyyatı “məhv edilib” və onun sərhədləri “silinib”.


Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp "X" sosial şəbəkəsində yazıb.

"İndi mənim prezident olduğum vaxtdan daha yaxşısınız?" – Tramp amerikalılardan soruşub.

Ağ Evin keçmiş rəhbərinin sözlərinə görə, ölkə iqtisadiyyatı “məhv edilib” və onun sərhədləri “silinib”.

Bundan əvvəl Tramp Floridada tərəfdarları qarşısında çıxışı zamanı ABŞ-ın hazırkı prezidenti Co Bayden ucbatından ABŞ-ın dəhşətli günlər keçirdiyini bildirib.


Story Code: 1153634

News Link :
https://www.islamtimes.com/az/news/1153634/tramp-abş-tənəzzüldədir

Islam Times
  https://www.islamtimes.com