Pilotsuz təyyarələr Suriyanın şimal-şərqindəki ABŞ hərbi aerodromunu vurub
Story Code : 1153086
APA xəbər verir ki, “əl-Məyədin” telekanalının verdiyi məlumata görə, Harrab əl-Cairdəki hərbi obyektdə bir neçə partlayış baş verib və yanğın başlayıb.
ABŞ hərbçiləri arasında itki olub-olmadığı ilə bağlı isə hələlik heç bir məlumat yoxdur. Hücuma görə məsuliyyəti “İraq İslam Müqaviməti” Hərəkatı öz üzərinə götürüb.
“İraq İslam Müqaviməti” Hərəkatı əməliyyatları ABŞ-ın dəstəklədiyi işğalçı İsrail rejiminin fələstinlilərə qarşı təcavüzünə cavab olaraq həyata keçirdiklərini bildiriblər.