QR CodeQR Code

Pilotsuz təyyarələr Suriyanın şimal-şərqindəki ABŞ hərbi aerodromunu vurub

10 Aug 2024 10:06

IslamTimes - Suriyada yerləşən ABŞ hərbi qüvvələrinin aviabazasına pilotsuz təyyarə ilə hücum edilib.


APA xəbər verir ki, “əl-Məyədin” telekanalının verdiyi məlumata görə, Harrab əl-Cairdəki hərbi obyektdə bir neçə partlayış baş verib və yanğın başlayıb.

ABŞ hərbçiləri arasında itki olub-olmadığı ilə bağlı isə hələlik heç bir məlumat yoxdur. Hücuma görə məsuliyyəti “İraq İslam Müqaviməti” Hərəkatı öz üzərinə götürüb.

“İraq İslam Müqaviməti” Hərəkatı əməliyyatları ABŞ-ın dəstəklədiyi işğalçı İsrail rejiminin fələstinlilərə qarşı təcavüzünə cavab olaraq həyata keçirdiklərini bildiriblər.


Story Code: 1153086

News Link :
https://www.islamtimes.com/az/news/1153086/pilotsuz-təyyarələr-suriyanın-şimal-şərqindəki-abş-hərbi-aerodromunu-vurub

Islam Times
  https://www.islamtimes.com