Türkiyə hökuməti “Instagram”ın bərpası üçün şərtini açıqlayıb
Story Code : 1152059
“Report” “CNN Türk”ə istinadən xəbər verir ki, bu bərədə müvafiq mənbələr bildirib.
Qeyd olunub ki, bunun üçün əsas şərt “Instagram”ın Türkiyə hökumətinin tələblərini yerinə yetirməsidir: “Əgər “Instagram” paylaşımlara məhdudiyyət qoymasa, bu sosial şəbəkənin ölkə daxilində fəaliyyəti bərpa olunacaq. Əks halda, məhdudiyyət davam edəcək”.
Xatırladaq ki, avqustun 2-də Türkiyədə “Instagram”a giriş bağlanıb.
Buna səbəb kimi HƏMAS lideri şəhid İsmayıl Haniyə ilə bağlı paylaşımlara "Instaqram"ın qadağa qoyması göstərilir.