QR CodeQR Code

Türkiyə hökuməti “Instagram”ın bərpası üçün şərtini açıqlayıb

5 Aug 2024 10:27

IslamTimes - Türkiyədə “Instagram” sosial şəbəkə platformasının bərpa olunması ilə bağlı şərt açıqlanıb.


“Report” “CNN Türk”ə istinadən xəbər verir ki, bu bərədə müvafiq mənbələr bildirib.

Qeyd olunub ki, bunun üçün əsas şərt “Instagram”ın Türkiyə hökumətinin tələblərini yerinə yetirməsidir: “Əgər “Instagram” paylaşımlara məhdudiyyət qoymasa, bu sosial şəbəkənin ölkə daxilində fəaliyyəti bərpa olunacaq. Əks halda, məhdudiyyət davam edəcək”.

Xatırladaq ki, avqustun 2-də Türkiyədə “Instagram”a giriş bağlanıb.

Buna səbəb kimi HƏMAS lideri şəhid İsmayıl Haniyə ilə bağlı paylaşımlara "Instaqram"ın qadağa qoyması göstərilir.


Story Code: 1152059

News Link :
https://www.islamtimes.com/az/news/1152059/türkiyə-hökuməti-instagram-ın-bərpası-üçün-şərtini-açıqlayıb

Islam Times
  https://www.islamtimes.com