Modern.az bu barədə "Haaretz" qəzetinə istinadən xəbər verir.
Bildirilir ki, aksiya iştirakçıları şəhərin mərkəzi Ayalon magistral yolunu bağlayıblar.
Məlumata görə, minlərlə insan Təl-Əvivdə Qalantin işdən çıxarılmasına etiraz edir. Qəzetin məlumatına görə, mindən çox vətəndaş da baş nazirin Qüdsdəki iqamətgahı yaxınlığında toplaşıb.
Müxalifətdəki Yeş Atid partiyasının lideri Yair Lapid müharibənin qızğın vaxtında Yoav Qalantın işdən çıxarılmasını “dəlilik aktı” adlandırıb.
Netanyahunun sözlərinə görə, onunla müdafiə naziri arasında aradan qaldırılması mümkün olmayan fikir ayrılıqları yaranıb. O, müdafiə nazirinin yerinə İsrail Xarici İşlər Nazirliyinin rəhbəri İsrael Katzı təyin edib. Yeni xarici işlər naziri Gideon Saar portfelsiz nazir olacaq.