İsrail daxilində böhran genişlənir - Netanyahu müdafiə nazirini qovdu
Story Code : 1170992
İşğalçı İsrailin cinayətkar baş naziri Benyamin Netanyahu sionist rejimin müdafiə naziri Yoav Qalantı vəzifəsindən azad edib.
Bu barədə işğalçı İsrailin Baş nazirinin ofisi məlumat yayıb.
Qeyd edək ki, sionist rejim daxilində ixtilaflar son illərdə daha da genişlənib. Qəzzaya qarşı soyqırımı başladıldıqdan sonra müdafiə naziri Qalant ilə baş nazir Netanyahu aralarındakı ciddi ixtilafları kənara qoyub, dinc sakinlərin qətliamına məşğul olmağa çalışırdı. Amma görünür, İsrailin düçar olduğu böhran belə daxili ixtilafları aradan qaldıra bilməyib.
Məlumata görə, müdafiə nazirliyinin yeni rəhbəri xarici işlər naziri İsrael Katz olacaq.