Sorğu: Harris vətəndaşlar arasında dəstək baxımından Trampı qabaqlayır
Story Code : 1152018
“Report”un məlumatına görə, bu barədə “CBS News” YouGov təşkilatı ilə birgə keçirdiyi sosioloji sorğunun nəticələrinə istinadən məlumat yayıb.
İyulun 30-dan avqustun 2-dək aparılan sorğuda 3102 qeydə alınmış seçici iştirak edib. Qeyd olunub ki, respondentlərin 50%-i Harrisə səs verməyə hazır olduqlarını bildiriblər. Eyni zamanda, səsvermə sorğu ilə eyni gündə keçirilsəydi, respondentlərin 49%-i Trampı dəstəkləyəcəkdi.
Sorğuda iştirak edənlər ABŞ-ın vitse-prezidentini müxtəlif səbəblərdən dəstəklədiklərini açıqlayıblar.
Belə ki, onların 41 faizi keçmiş dövlət başçısının hakimiyyətə qayıtmasını istəmir. Daha 34% Harrisi şəxsi simpatiyasına görə, respondentlərin 24%-i isə Demokratik Partiyaya mənsub olduğuna görə dəstəkləyə bilər.
ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Demokratlar Partiyasını hazırkı prezident Co Baydenin təmsil edəcəyi güman edilirdi. Bununla belə, iyulun 21-də o, yenidən dövlət başçısı seçilməkdə iştirak etməyəcəyini və vitse-prezident Kamala Harrisin namizədliyini dəstəklədiyini bəyan edib.