QR CodeQR Code

Sorğu: Harris vətəndaşlar arasında dəstək baxımından Trampı qabaqlayır

5 Aug 2024 02:11

IslamTimes - ABŞ-ın vitse-prezidenti Kamala Harris 2024-cü ilin noyabrında keçiriləcək seçkilərdə səs verəcək vətəndaşlar arasında dəstək baxımından keçmiş dövlət başçısı Donald Trampı qabaqlayır.


“Report”un məlumatına görə, bu barədə “CBS News” YouGov təşkilatı ilə birgə keçirdiyi sosioloji sorğunun nəticələrinə istinadən məlumat yayıb.

İyulun 30-dan avqustun 2-dək aparılan sorğuda 3102 qeydə alınmış seçici iştirak edib. Qeyd olunub ki, respondentlərin 50%-i Harrisə səs verməyə hazır olduqlarını bildiriblər. Eyni zamanda, səsvermə sorğu ilə eyni gündə keçirilsəydi, respondentlərin 49%-i Trampı dəstəkləyəcəkdi.

Sorğuda iştirak edənlər ABŞ-ın vitse-prezidentini müxtəlif səbəblərdən dəstəklədiklərini açıqlayıblar.

Belə ki, onların 41 faizi keçmiş dövlət başçısının hakimiyyətə qayıtmasını istəmir. Daha 34% Harrisi şəxsi simpatiyasına görə, respondentlərin 24%-i isə Demokratik Partiyaya mənsub olduğuna görə dəstəkləyə bilər.

ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Demokratlar Partiyasını hazırkı prezident Co Baydenin təmsil edəcəyi güman edilirdi. Bununla belə, iyulun 21-də o, yenidən dövlət başçısı seçilməkdə iştirak etməyəcəyini və vitse-prezident Kamala Harrisin namizədliyini dəstəklədiyini bəyan edib.

 


Story Code: 1152018

News Link :
https://www.islamtimes.com/az/news/1152018/sorğu-harris-vətəndaşlar-arasında-dəstək-baxımından-trampı-qabaqlayır

Islam Times
  https://www.islamtimes.com