0
Monday 5 August 2024 - 02:34

İrandan gözlənilən hücumdan qorxan sionist rejim başçıları yerin altına qaçır

Story Code : 1152017
İrandan gözlənilən hücumdan qorxan sionist rejim başçıları yerin altına qaçır
Baş Təhlükəsizlik Xidməti Qüds bölgəsində işğalçı İsrail rəhbərliyinin uzun müddət qala biləcəyi, ölkəni oradan idarə edə biləcəyi yeraltı bunkerin istismarı üçün hazırlıq işləri aparıb.

“Report” xəbər verir ki, bu barədə “Walla” portalı məlumat yayıb.

Qeyd olunub ki, “Hizbullah” hərəkatı və İrandan gözlənilən hücum fonunda bunker yenidən işlək vəziyyətə salınıb.

“Ynet” portalının məlumatına görə, Qüds ərazisində yeraltı bunker yaratmaq qərarı 2007-ci ildə İkinci Livan müharibəsinin nəticələrindən sonra verilib.

İddia edilir ki, “Milli Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi” adlanan bunkerə raket təhdidləri və müxtəlif növ silahlar təsir edə bilməz. Onun yeri və dərinliyi barədə məlumat yoxdur.
Comment