QR CodeQR Code

İrandan gözlənilən hücumdan qorxan sionist rejim başçıları yerin altına qaçır

5 Aug 2024 02:34

IslamTimes - KİV: İrandan gözlənilən hücum fonunda işğalçı İsrail liderləri üçün bunker hazırlanıb


Baş Təhlükəsizlik Xidməti Qüds bölgəsində işğalçı İsrail rəhbərliyinin uzun müddət qala biləcəyi, ölkəni oradan idarə edə biləcəyi yeraltı bunkerin istismarı üçün hazırlıq işləri aparıb.

“Report” xəbər verir ki, bu barədə “Walla” portalı məlumat yayıb.

Qeyd olunub ki, “Hizbullah” hərəkatı və İrandan gözlənilən hücum fonunda bunker yenidən işlək vəziyyətə salınıb.

“Ynet” portalının məlumatına görə, Qüds ərazisində yeraltı bunker yaratmaq qərarı 2007-ci ildə İkinci Livan müharibəsinin nəticələrindən sonra verilib.

İddia edilir ki, “Milli Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi” adlanan bunkerə raket təhdidləri və müxtəlif növ silahlar təsir edə bilməz. Onun yeri və dərinliyi barədə məlumat yoxdur.


Story Code: 1152017

News Link :
https://www.islamtimes.com/az/news/1152017/irandan-gözlənilən-hücumdan-qorxan-sionist-rejim-başçıları-yerin-altına-qaçır

Islam Times
  https://www.islamtimes.com